Natiq Şirinov şad xəbəri verdi: "4 bəyannamə forması əvəzinə VAHİD hesabat olacaq"
Daha: 9-12-2019, 16:28
Baxışlar: 753
Kateqoriya: Xəbər və Yeniliklər
Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov Milli Mühasiblər Forumunda vergi ödəyicilərini sevincidirəcək daha bir açıqlama verib: "Bildiyiniz kimi, artıq B1 və B2 hesabatları yoxdur, kombinə olunmuş sosial bəyannamə hazırlanır. Bir şad xəbər də verə bilərəm ki, artıq muzdlu işlə əlaqədar gəlir vergisi bəyannaməsi, sosial sığorta bəyannnaməsi, işsizlikdən sığorta hesabatı və növbəti ildən təqdim olunacaq icbari tibbi sığorta hesabatı vahid formada hazirlanacaq.
Qeyd edim ki, növbəti ildən fəaliyyətə başlayacaq icbari tibbi sığortanın yığım və hesabatlılığı ilə bağlı səlahiyyət də Vergilər Nazirliyinə verilib. Vahid hesabat formasına gəlincə isə, xüsusi bir excel forma olacaq. Həmin excel formasına məlumatlar işlənilərək sistem tərəfindən import olunduqdan sonra hər dörd bəyannamə üzrə lazımı göstəricilər bir hesabat formasında avtomatik öz yerinə oturacaq. Bu da vergi ödəyicilərinin işinin rahatlaşmasına xidmət edəcək."
Etiketlər
9-12-2019, 16:28